F-1.az xatırladır ki, Red Bull və Renault ilin sonunda yollarını ayıracaqlar. Avstriya təmsilçisinin önündə Honda kimi alternativ var.
Kristian Horner: “2019-cu ildə fərqli mühərrik istehsalçısı tapmalıyıq. Amma bu mövzuda narahat deyilik. Artıq bəzi alternativlərimiz var və bu əvvəllər olmurdu. Bu alternativləri dəyərləndirib ən əlverişlisini tapmağa çalışacağıq. Bizim üçün çətin bir il olacaq. Toro Rosso-nun Honda ilə müqaviləsindən razıyıq. Beləliklə, onları da yaxından izləyəcəyik. Son illərdə daha yaxşı vəziyyətdədirlər və getdikcə güclənirlər”.