F-1.az xatırladır ki, bu il əsas rəqabət Ferrari və Red Bull arasında olsa da, mövsümün ikinci yarısında Mercedes sürətlənib və bir qələbə qazanıb.
Kristian Horner: “Hər iki Mercedes sürücüsü əla mövsüm keçirdi. Corc Rassell ilk mövsümündə Həmiltonu məğlub etsə də, o yenə rəqabətədavamlı olacaq. Güman edirəm ki, gələn il mübarizəyə qayıdacaqlar.
Ferrari də güclənmək üçün əlindən gələni edir. Buna görə də bizi çətin mövsüm gözləyir”.