K.Horner: “FİA AeroScreen-lə bağlı qərarını verməlidir”

Red Bull komandası bildirib ki, AeroScreen testindən sonra Formula1 artıq 2017-ci ildə hansı qoruyucu sistemdən istifadə edəcəyini tezliklə açıqlamalıdır.

F-1.az xatırladır ki, Red Bull-un başın mühafizə sistemi keçən həftə çarpma testlərindən keçdikdən sonra dünən Rusiya QP-nin birinci sərbəst yürüşlərində test edilib.

Komanda və sürücü ilk testlərdən razı qalıblar. Bundan başqa, hamı sistemin dizaynından və görüntüsündən razı qalıb. Red Bull komandasının rəhbəri Kristian Horner ümid edir ki, FİA bu sistemi seçəcək: “Növbəti 6-8 həftə ərzində qərar verilməlidir. Çarpma testindən keçdi və trasa çıxdı. FİA istəsə, bütün məlumatları onlara göndərə bilərik”.

Rikkardo da AeroScreen-dən razı qalıb. Avstraliyalı sürücü külək səsinin azaldığını qeyd edib.

Kristian Horner: “Heç bir problem çıxmadı. Səs bir az fərqli idi, çünki külək yox idi. Amma Daniel dedi ki, bolidi sürmək rahat idi. Biz testin bu hissəsini keçdik”.

Horner FİA çarpma testlərində təkərin dəbilqəyə sürtünməsindən də danışıb: “Pilotun başına bir az təmas edir, amma lap az.

Təkərin sürətini hesablasaq, onda görərik ki, orada AeroScreen olmasaydı, hər şey daha pis olardı”.

Horner bundan başqa bildirib ki, AeroScreen halodan təhlükəsizlik barədə heç də geri qalmır. Əksinə, bu sistem daha gözəldir və Formula1 AeroScreen-i seçməlidir: “Bu, əvvəlki sistemdən daha yaxşıdır və Formula1-ə daha çox uyğundur.

Bəziləri istəyir ki, sürücülərin başı açıq qalsın, amma biz ehtiyatlı davranmalıyıq. AeroScreen əvvəlki sistemlərə nisbətən daha estetikdir.

Pilotu görüb, tanımaq mümkündür. Bu barmaq arası çəkələyə oxşayan halodan daha futurist sistemdir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*