K.Horner: “FİA 2017-ci il reqlamentində səhvə yol verməməlidir”

Formula1-in 2017-ci il reqlamentinin müzakirəsi üçün fevralın 23-də son yığıncaq təşkil ediləcək.

F-1.az xəbər verir ki, 2017-ci il reqlamenti martın 1-dək təsdiqlənməlidir. O tarixdən sonra edilə biləcək dəyişikliklərə bütün komandalar razılıq verməlidir. Əslində reqlament bəlli olmuşdu, amma FİA-nın təklifləri ilə komandalar və Pirelli-nin fikirləri üst-üstə düşməmişdi.

Kristian Horner: “Fettel haqlıdır, sürücülər bu idmanın əsas siması olmalıdırlar. 2017-ci il üçün nəzərdə tutulan dəyişikliklərdə bu nəzərə alınmalıdır. Maşınlar daha böyük və idarə edilməsi daha çətin olmalıdır. Sürücülər arasındakı fərqlər üzə çıxmalıdır. Bu, azarkeşlər üçün daha maraqlı olar. Formula1-ə azalan marağı yenidən bərpa etmək üçün əlimizdə şans var və gələn həftə bundan istifadə etməliyik. Bütün bunların reallaşması üçün güclü idarəetmə sisteminin olması vacibdir. Komandaların hamısı nə vaxt eyni fikirdə olub? Ən böyük problem də elə budur”.

 

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*