K.Horner: “Fettelin ümidi böyük idi”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Sebastyan Fettel rəqibi Maks Ferstappenə böyük ümidlə hücum edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü gənc rəqibinə “Qaşıq” döngəsində hücum edib və maşınlar arasında təmas yaşanıb. Bunun nəticəsində Fettel 16-cı pilləyə geriləyib. Ferstappen isə yoluna davam edərək yarışı podiumda bitirib.

Kristian Horner: “O döngədə hücum etmək çətindir. Əylənmə zonası böyük deyil və Sebastyan bu hücumda xoşniyyətli idi. Maks da aqressiv müdafiə olundu. Məncə, yarış insidenti idi və stüardlar düzgün qərar verdilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*