K.Horner: “Fettelin Mercedes-ə keçə biləcəyi ilə bağlı dediklərim zarafat idi”

Red Bull-un rəhbəri bu açıqlamanı Sebastyan Fettel məsələyə münasibətini bildirdikdən sonra verib.

F-1.az xəbər vermişdi ki, Kristian Horner Ferrari-nin vəziyyətinin düzəlməyəcəyi halda Fettelin komandanı tərk edə biləcəyini düşünür. Lakin Sky Sport-a danışan Horner bu sözlərində ciddi olmadığını bildirib: “Bir neçə həftə əvvəl alman jurnalistlərlə axşam yeməyi yemişdik. Orada belə bir söz demişdim. Onlar da bunu yazdılar və sensasiyalı xəbər kimi yaydılar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*