F-1.az xatırladır ki, alman sürücü keçən həftə Kristian Hornerlə uzun müddət söhbət etmiş, bununla da Fettelin Red Bull-a qayıda biləcəyi iddia edilmişdi. Helmut Marko bu iddiaları ABŞ-da təkzib etmişdi. Sky Sports-a danışan Horner də komandada boş yerlərinin olmadığını bildirib.
Kristian Horner: “Bütün sürücülər çox həssas olurlar və komandanın dəstəyinə ehtiyac duyurlar. Hazırda Sebastyan çətinliklərin öhdəsindən gəlməyə çalışır. Red Bull onun üçün fərqli təcrübə idi, Ferrari-də isə üstündə daha çox təzyiq var. Peşman olub-olmadığını ancaq özü bilir. Önümüzdəki bir neçə il üçün sürücülərimiz bəllidir və heç bir boş yerimiz yoxdur”.