F-1.az xatırladır ki, almaniyalı pilor 2009-2014-cü ildə Red Bull-da yarışmış və burada dörd dəfə Dünya Çempionu titulunu qazanmışdı. 2015-ci ildə Ferrariyə gedən Fettel burada arzuladığı titulu qazana bilməmişdi.
Kristian Horner: “O vaxt rəqabətədavamlı deyildik. Mercedes çox üstün idi və Ferrari yüksəlişə gedirdi. Renault-da isə perspektiv yox idi. buna görə də o dövrə görə düzgün addım atdı.
Ona güclü maşın verə bilmirdik. O da həm Mixael Şumaxerin izi ilə getmək həm də Ferrari-də yarışmaq arzusunu reallaşdırmaq üçün getdi. Məyusedici olsa da, başadüşülən idi”.