F-1.az xatırladır ki, Braziliya yarışının restartında Ferstappen rəqibi Həmiltona hücum edərkən iki sürücü təmas ediblər. Nəticədə niderlandlı sürücünün maşınında ön qanad zədələnib. Üstəlik 5 saniyə zaman cəzası alıb.
Kristian Horner: “Məncə, cəza ağır idi. Orada boşluq buraxılmalı idi. Lyuis ona bir az yer qoya bilərdi, çünki son döngəyə girəndə öndə idi. Bəxtimiz gətirmədi. Maksın deyəsən builki ilk insidentidir. Heyif ki, beş saniyə zaman cəzası verildi. Əsəbpozucu haldır. Cəa bizi təəccübləndirdi. Biz yarış insidenti olacağını düşünmüşdük”.