K.Horner: “Fettelə cəza verilməlidir”

Red Bull komandasının rəhbəri Kristian Horner düşünür ki, Fettel Formula1-in yarış direktoru Uaytinqi təhqir etdiyi üçün cəza alacaq...

F-1.az xatırladır ki, Fettel Meksika yarışında həm Ferstappeni, həm də Uaytinqi təhqir etmişdi.

Fettel yarışdan sonra Uaytinqdən üzür istəsə də, bu barədə heç bir açıqlama verməmişdi.

Kristian Horner: “Sürücülər bəzən yarış vaxtı emosiyalarını üzə vururlar. Digər idman növlərində, məsələn, futbolda mikrofon olsaydı, liqalar daha maraqlı olardı.

Amma istənilən idman növündə hakimi təhqir edə bilməzsiniz. Buna görə də Fettelə cəza gəlməsə, təəccüblənərəm”.

Almaniyalı sürücü həftəsonu ərzində Alonso, Sayns və Felipe Massanı da təhqir etmişdi. Fettelin belə aqressiv olmasının səbəbi kimi onun məyusluğunu göstərirlər.

Kristian Horner: “Bizdə sürəndə belə deyildi. Məyusluğunu yüksək səslə dilə gətirir. Hamı bunu eşidir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*