F-1.az xatırladır ki, Sebastyan Fettel ilk döngədə Kvyatın daxili trayektoriya ilə çox sürətli gəldiyini və dönə bilməyəcəyini düşünüb və bolidini bir az sola çəkəndə, Rəykkönenlə təmas yaşayıb.
Bu təmasdan sonr Rəykönen ön qanadını itirib və yarışın startında sonuncu yerə qədər geriləyib.
Kristian Horner: “Sebastyan insidentə diqqətlə baxsa, fikrini dəyişdirə bilər. Orada daxili trayektoriyada böyük boşluq var idi. Ferrari-lərin başı bir-birlərinə qarışmışdı və Kvyat bundan istifadə etdi.
Sözün düzü, bu yarış insidenti idi. Burada səhv heç nə yox idi”.
Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene də Kvyatın heç bir günahının olmadığını bildirib: “Kimsəni günahkar görmək doğru deyil. Kvyat döngəyə yüksək sürətlə girirdi, amma Sebastyan və Kimi də eyni şeyi edərdilər.
Təbii ki, yerini qorumaq üçün manevr etməlisən və heyif ki, Kimi orada idi. Bu yarışdır, Monopoliya oyunu deyil”.