F-1.az xatırladır ki, hollandiyalı sürücü Avstraliya yarışında yerində fırlanmış, Bəhreyndə Lyuis Həmiltonla təmas yaşayaraq, mübarizəni dayandırmış, Çində isə Fettelə çırpılaraq rəqibinin geriyə düşməsinə səbəb olmuşdu.
Kristian Horner: “Böyük istedadı var və öz üzərində işləyən adamdır. Hazırda səhvlərinə fokuslanacaq və buna şübhə etmirəm. Bu barədə danışmışıq. İstedadı göz qabağındadır. Cəsarəti və yarış instinktinə söz ola bilməz. Sadəcə səbirsizlik etdi. Bu çatışmazlığını da aradan qaldıracaq.
Yarışdan sonra Sebastyanla danışdım və Maksın üzr istəməsindən razı qalmışdı. Düzdür, səhvləri oldu, amma Sebastyan da karyerasının həmin dövrlərində oxşar səhvlər edirdi. Maks bu yarışdan çox dərs çıxartdı və növbəti yarışlarda yaxşı performans göstərməyə çalışacaq, çünki bolidimiz güclüdür. Bundan istifadə etməliyik”.