K.Horner: Ferstappeni 1 dövrə gec çağırdıq

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Monakoda Maks Ferstappeni bir dövrə gec pitə çağırıblar.

F-1.az xatırladır ki, niderlandlı sürücü Monako yarışına Medium təkərlə başlayıb və bu təkərlə 50 dövrə vurub. Lakin problem yaşamağa başlayıb. Onun əsas rəqibi Alonso isə Hard təkərlərlə daha rahat olub. Lakin 53-cü dpvrədə yağışın başlaması ilə ispaniyalı sürücü pitə girib və yağışın kəsəcəyini düşünərək, Medium təkərlərə keçib. Ferstappen isə bir dövrə sonra pitə gələrək, yağış təkərlərini götürüb. Alonso daha sonra yenidən pit-stopla yağış təkərlərinə keçib. Alonso düzgün strategiya seçsə, bəlkə də liderliyə yüksələrdi.

Kristian Horner: Həftəsonu başlayanda bilirdim ki, ən çətin yarışımız olacaq. Yenə də iplər bizim əlimizdə idi. Sözün açığı, Ferrari-nin əsas rəqibimiz olacağını düşünürdük, amma Fernando bütün həftəsonu ərzində çox güclü idi. İnanılmaz performans göstərdi.

Yarış başlayandan gərgin idik, çünki əksər sürücülər yarışa Hard təkərlə başlamışdılar. Ağlımızda çoxlu suallar var idi. Pitə bir dövrə gec gəldik. Əgər Fernando keçid təkərlərini götürsəydi, problem olardı və üstümüzdəki təzyiq artardı. Ancaq bəxtimiz gətirdi ki, Medium təkərləri götürdük və biz də Maksı riskə atmayaraq, pitə çağırdıq. Yarış lideri olanda sadəcə itirərsniz. Qazanacağınız heç nə yoxdur. Sadəcə şəraitə uyğunlaşmalısınız”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*