F-1.az xatırladır ki, hollandiyalı sürücü 3-cü sərbəst yürüşlərin sonunda qəza edərək, bolidinin ön asılqanını zədələyib və buna görə də sıralanma turuna çıxa bilməyib. Beləliklə, komanda yoldaşı poul qazandığı halda 20 yaşlı sürücü yarışa sonuncu yerdən başlayacaq.
Kristian Horner: “Şənbə günü bolidi sazlamaqdan başqa heç nəyə yaramayan sessiyada qəza edərək, geriyə düşdük. Bu yarışı qazana bilərdi və bu hal Maksa daha çox təsir edəcək. Monako yarışını qazanmaq üçün əlinizə həmişə fürsət düşmür. Buradan dərs çıxararaq, belə səhvləri təkrarlamamalıdır. O, bunu hamıdan yaxşı bilir. Sıralanma turu da onu incitdi, çünki hər şey göz qabağındadır. Ümid edirəm ki, yanaşmasını dəyişər.
Bolidimiz güclüdür. O, anormal dərəcədə sürətli sürücüdür və poul uğrunda mübarizə apara bilərdi. Güclü boldimiz olsa da, komanda olaraq tək ayaqla qaçırıq və bu hal əsəblərimi pozur. Amma boksdakı uşaqlara təriflər yağdırmaq lazımdır. Hər iki bolidin mühəndisləri onu yarışa çıxarmaq üçün əllərindən gələni etdilər. Heyif ki, mümkün olmadı”.