K.Horner: Ferstappen Mayamidə özünü göstərdi

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappen Mayamidə yenə də çox güclü olduğunu göstərib.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa 9-cu yerdən başlasa da, pouldan start almış komanda yoldaşı Ferstappeni trasda keçərək, mövsümdə üçüncü qələbəsini bayram edib. O, bununla da çempionatdakı liderliyini daha da möhkəmlədib. İndi onu Peresdən 14 xal ayırır.

Kristian Horner: “Yarışdan əvvəl sürücülərimizə dedik ki, bir-birinizlə yarışa bilərsiniz, amma bunu düzgün edin, bir-birinizə hörmət göstərin və komandanın xeyirlərini unutmayın. Bütün bunlara əməl etsəniz, yarışmağınıza icazə verəcəyik.

Məncə, bu qaydaya riayət etdilər. Yaxın və gərgin mübarizə apardılar. Serxio yarışa Medium təkərlərə başladı və düşünürdük ki, bu təkərlə yarışda tempi yaxşı olar. Maks isə mühəndisləri ilə o qədər də əlverişli olmayan Hard təkəri seçdi. Ancaq yarışın 20-ci dövrəsindən 42-ci dövrəsinə qədər təkərləri əla işləydi və bu inanılmaz idi. Bunun hesabına qalib gəldi.

Bakıdakı yarışdan sonra Maksın kefi yox idi, çünki o həftəsonu komanda yoldaşı daha sürətli idi. Buna görə də Mayamidə özünü göstərmək istədi. Yarışda təsiredici performans göstərdi. Lakin mövsüm uzundur və rəqiblərimizin maşınlaırnı təkmilləşdirməsi üçün vaxtları var.

Üstünlüyümüzün nə vaxta qədər davam edəcəyini bilmirəm. Görək, amma İmolada Mercedes-in böyük yeniliklər gətirəcəyi deyilir. Vəziyyəti dəyişdirə bilərlər. Ferrari də yeniliklər üzərində işləyir”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*