F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il keçirilən 10 yarışın 6-da damalı bayrağı görə bilməyib və komanda yoldaşı Rikkardodan çox geriyə düşüb.
Kristian Horner: “Məncə, Maks bu mövsümün əvvəlindən etibarən yetkinləşdi və artıq özünü daha yaxşı göstərir. Hisslərinə daha yaxşı nəzarət edir və bundan başqa sürüş tərzi də inkişaf edib. Öz xarakterini yaratmağa başlayıb və bu, onu hər yarışda gücləndirir. Yarışlarda problem yaşasa da, qısa müddət ərzində özünü yenidən hazırlaya bilir. Mənəvi cəhətdən inkişaf etdiyini görmək çox gözəldir. Silverstounda onun damalı bayrağı görməsinə görə sevincliyəm. Bəxtsizliklərə baxmayaraq, onun üçün yaxşı əhval ruhiyyə oldu. İndi isə yay tətilindən əvvəl Macarıstanda gözəl nəticə almağa ümid edirik”.