F-1.az xatırladır ki, niderlandlı sürücü keçən il 22 yarışdan 15-də qalib gələrək, Dünya Çempionu olmuşdu.
Kristian Horner: “Getdikcə daha da güclənir. 2021-ci ildə möhtəşəm idi. 2022-ci ildə isə daha da gücləndi. Maksın ən yaxşı tərəflərindən biri budur. Təcrübə qazandıqca təkmilləşir və hərtərəfli sürücü olur. Təzyiqlə əla mübarizə aparır”.