K.Horner: “Ferstappen əsl ulduzdur”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappen builki çətinlikləri ustalıqla dəf edib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il 7 dəfə mübarizəni vaxtından əvvəl dayandırmışdı. Bundan başqa Montsa və Macarıstan yarışlarının startında müvafiq olaraq Massa və Rikkardo ilə təmas yaşayaraq arxa cərgələrə düşmüşdü. Lakin Ferstappen mövsümün ikinci yarısında Malayziya və Meksika yarışlarında qalib gəldikdən sonra Red Bull komandası ilə müqaviləsini uzatmışdı.

Kristian Horner: “Ən böyük qazancı təcrübə oldu və yarış dünyasında yetkinləşdi. Onun 4 illik stajı olduğunu yaddan çıxarmamalıyıq. Bu il çətinliklərlə mübarizə aparması məni təəccübləndirdi. Xüsusən də, yay aylarında çox problem yaşadıq. Amma gərgin rejimdə işləməyə davam etdi. Simulyatorda saatlarla işləyərək inkişaf etdi. İstedadına şübhə etmək olmaz.

Məncə, bolidi yaxşı hiss edir. Bolidin limitini yaxşı anlayır. Risk alsa da, bunu necə gəldi etmir. Mübariz ruhu var. Buna görə də onu izləmək hamıya həzz verir.

Macarıstan və Montsadakı insidentləri builki yeganə səhvləri idi. Qəhrəmanlıqla günahkar olmaq arasında incə xətt var. Ümumilikdə, güclü idi və hər iki sürücümüz də mükəmməl idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*