F-1.az xatırladır ki, Red Bull komandası 2005-ci ildə idmanda debüt edib və indiyə kimi burada 12 sürücü yarışıb. Bu müddətdə Sebastyan Fettel 4, Maks Ferstappen isə 2 dəfə Dünya Çempionu titulunu qazanıb.
Lakin komandanın rəhbəri Horner düşünür ki, işlədiyi 12 sürücü arasında ən güclüsü Maks Ferstappendir: “2015-ci ilin Belçika yarışında Felipe Nasrı xarici trayektoriyadan keçməsi diqqətimi cəlb etmişdi. O vaxt düşündüm ki, bu uşaq cəsarətli, qərarlı və sürətlidir. O vaxt bir ulduz tək parıldayırdı. Əsl istedad olduğu məlum olmuşdu.
Daha sonra çıxdığı ilk yarışda qalib gəldi. Əvvəl belə şey görməmişdim. O gün gördüyüm şey çox xüsusi idi. Həmişə maksimumu əldə etməyə çalışır və bu əladır. Maks komandamızda yarışan ən istedadlı sürücüdür”.