K.Horner: Ferstappen dördüncü ola bilərdi

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappen ilk sesiyadakı nəticəsi ilə 4-cü ola bilərdi.

F-1.az xatırladır ki, niderlandlı sürücü diyircəkli valda yaşadığı problemə görə sıralanma turununikinci sessiyasında mübarizəni dayandırıb. O, yarışa 15-ci yerdən başlayacaq.

Kristian Horner: “Belə görünür ki, diyircəkli val qırılıb, amma detallı şəkildə araşdıracağıq. Birinci sessiyadakı nəticəsi ilə dördüncü yerdən başlaya bilərdi, amma olan oldu. Bolidimiz sürətlidir.

Çekonun son sessiyadakı dövrəsi isə möhtəşəm idi. İkinci poulunu qazandı və çox sevincliyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*