F-1.az xatırladır ki, hollandiyalı sürücü keçən ilin ikinci yarısından etibarən daha yaxşı performans göstərir və bu il də ən pis nəticəsi 4-cü yer olub. 21 yaşlı sürücü son ciddi səhvini keçən ilin Monako yarışında edib.
Kristian Horner: “Builki Monako yarışı karyerasının ən yaxşı yarışı idi. Keçənilki Monako yarışından sonra hər şeydən uzaqlaşdı və özünə qarşı sərtləşdi. Ondan son3a tempini artırdı və qeyri-adi gücə malik oldu. Bəzi yerlərdə boliddən maksimumu aldı və məncə, inkişaf cəhətdən də komandaya liderlik edir. Məncə, hazırkı rolunun dadımı çıxarır”.