K.Horner Ferrari-yə getmək istəmir

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Ferrari komandasına rəhbər getmək fikri yoxdur.

F-1.az xatırladır ki, Mattia Binotto keçən həftə Ferrari komandasının rəhbəri vəzifəsindən istefa versə də, onu kimin əvəzləyəcəyi hələ də məlum deyil. Onun yerinə ən real namizəd isə Frederik Vassyördür. Lakin Ferrari tərəfi hələ də bir söz demir.

Kristian Horner: “Mən Red Bull komandasına sədaqətlə bağlıyam. Karyeram başlayandan buradayam və komanda ilə münasibətlərim yaxşıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*