F-1.az xatırladır ki, Ferrari və Mercedes 2021-ci ildə qüvvəyə minəcək mühərrik reqlamentinə qarşıdırlar. Hətta, hər iki komanda bildirib ki, reqlamentdə bu cür dəyişiklik edilsə, idmandan gedə bilərlər.
Kristian Horner: “Mercedes və Ferrari bir komanda kimi işləyirlər. Bəzən onları səhv salıram. Son illərdə aralarında yaxın münasibət var. Bir-birinin təqdimatlarını da yayımlayırlar.
Formula1-in yeni rəhbərləri idmanın necə olacağına qərar verməlidirlər. Ümid edirəm ki, mövsüm ərzində gedəcəkləri yolu taparlar. Ancaq qruplaşmalar artıq başlayıb”.