K.Horner: “Ferrari-nin yanacağı qreypfrut şirəsi kimi qoxur”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Ferrari-nin yanacağı qreypfrut şirəsi kimi qoxur.

F-1.az xatırladır ki, “qırmızılar” bu il düzlüklərdə çox sürətlidirlər və rəqibləri də bundan narahatdırlar. Bəzi mütəxəssislər düşünürlər ki, Shell bu il qeyri-adi yanacaq hazırlayıb və bunun hesabına mühərrikdən daha çox güc alınır. Bu barədə Kristian Horner maraqlı açıqlama verib: “Ferrari-nin yanacağı qreypfrut suyu kimi qoxurdu”.

Red Bull komandasının baş konstruktoru Ədrian Nyui də bu haldan razı deyil. FİA-nın Ferrari-nin yanacağını araşdırıb-araşdırmayacağı isə müəmmalıdır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*