K.Horner: Ferrari motor cəhətdən güclü olacaq

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Ferrari bu il motor cəhətdən güclü olacaq.

F-1.az xatırladır ki, “qırmızılar” keçən mövsümə yaxşı başlasalar da, Barselona, Bakı və Şpilberq yarışlarında motor problemi yaşamış və sonrakı yarışlarda motorun gücünü azaldaraq yarışmalı olmuşdular.

Kristian Horner: “Motorlar artıq dondurulub və eyni hal yanacaqlar üçün də keçərlidir. Yeniliklərə icazə yoxdur. Yəni ki, heç kim əlavə at gücü qazana bilməz.

Lakin Ferrari keçən il etibarsızlıq problemləri yaşamışdı. Əgər bu problemləri həll ediblərsə, bu il motordan daha çox güc alacaqlar.

Keçən il etibarsızlıq problemindən sonra motorun gücünü azaltmalı oldular və buna görə də ehtiyatda potensialları çoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*