K.Horner: “Ferrari düz eləmir”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Ferrari-nin Liberty Media-nı təhdid etməsi doğru deyil.

F-1.az xatırladır ki, italyanlar Liberty Media-nın hazırladığı və 2021-ci ildən qüvvəyə minəcək mühərrik reqlamentindən narazıdırlar. Buna görə də “qırmızılar”ın prezidenti Sercio Markionne amerikanları Formula1-dən getməklə hədələyib.

Kristian Horner: “Məncə, bunlar Formula1 tarixinin ən uğurlu mühəndislərindən biri olan Ross Brauna hörmətsizlikdir. Liberty bu işi bilir və son qərarı onlar verəcəklər. Bu, bizim üçün, Ferrari və ya Mercedes üçün pis ola bilər, amma Formula1-in gələcəyi Liberty-nin əlindədir. FOM və ya FİA reqlamenti hazırlayacaq və komandalar burada qalıb-qalmamağa razılıq verəcəklər. Biz heç nəyə təsir etməyəcəyik. Çempionatı FİA və FOM idarə edir. Əlbəttə, hamı Ferrari-nin qalmasını istəyir. Bu cür əfsanəvi komandaya qarşı yarışmaq gözəldir. Lakin Formula1-i təhdid etmək doğru deyil”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*