K.Horner: “Fernando getdiyi komandaya xaos gətirir”

Daniel Rikkardonun Renault-ya keçidi ilə bağlı qərarı Red Bull komandasının başçısı Kristian Horner üçün çox gözlənilməz olmuşdu. Avstraliyalı sürücünün yerinə əsas namizəd kimi komandanın gənc sürücülər proqramının üzvləri Karlos Sayns və Pyer Qaslinin adları hallansa da, bəzi ekspertlər hesab edirlər ki, komanda öz siyasətindən əl çəkərək, məsələn, Fernando Alonso ilə müqavilə bağlaya bilər - ispaniyalı sürücünün McLaren-lə cari müqaviləsi ilin sonunda başa çatır.

F-1.az xatırladır ki, 2009-cu ildə Kristian o zaman titulsuz komandası üçün Alonsoya elçilik edərkən, ikiqat dünya çempionu düşünmədən imtina etmişdi. Amma 2010-cu ilin son yarışında titulu məhz Red Bull-a uduzduqdan sonra, Alonso “qırmızı öküzlər”ə qoşulmaq üçün bir neçə cəhd etmişdi, düzdür, bu dəfə artıq avstriyalılar ona imtina etməli olmuşdular. Elə bu dəfə də Kristian belə bir ssenarini istisna edib…

Kristian Horner: “Mən Fernando Alonsonun xətrini dünyalar qədər istəyirəm. Fernando güclü sürücüdür. Amma onu bizim komandada təsəvvür etmək çox çətindir… Alonso, adətən, getdiyi komandaya xaos gətirir. Mən əmin deyiləm ki, Fernandonun bizim komandaya gəlməsi düzgün qərar olsun. Biz yenə də gənc sürücüləri dəstəkləməyə davam etmək istəyirik, məncə, bu yol karyerası aşkar başa çatmaq üzrə olan sürücünü dəvət etməkdən daha perspektivlidir…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*