F-1.az xatırladır ki, “qırmızı öküzlər” Avstraliyada mükəmməl performansla podium qazanıblar və əksəriyyərt onları çempionluq uğrunda mübarizədə favorit kimi görür.
Kristian Horner: “Çempionluq barədə danışmaq çox tezdir. Amma podium Honda üçün əla olsa da, Albert Parkdakı yarış komandaların real gücünü göstərmir. Çünki trasın quruluşu fərqlidir. Mercedes sürəti ilə hamını təəəcübləndirsə də, Ferrari məyus etdi. Lakin komandaların əsl gücü Bəhreyndə məlum olacaq. Biz isə performansımızdan razıyıq. Ümid edirəm ki, bu, güclü mövsümün başlanğıcıdır. Hələ bir yarış keçirilib. Lakin pozitiv enerjimizi performansa çevirməliyik”.