F-1.az bildirir ki,Horner Formula1-in daxili yanma mühərriklərini saxlamalı olduğunu deyib və niyə elektrikləşdirməyə qarşı olduğunu açıqlayıb.
Kristian Horner: “Elektrik avtomobil yarışı sadəcə əyləncə deyil, səssiz konsertə getmək kimidir. Formula1 həyəcanlı olmalıdır və eyni zamanda, seriya yeni texnologiyaları sınaqdan keçirir. 2026-cı ildən tamamilə ekoloji cəhətdən təmiz yanacaq təqdim ediləcək və daxili yanma mühərrikləri hələ də tələbləri ödəyir.
Mən inanıram ki, səs çempionatın enerjisinin bir hissəsidir. Formula1 yarışına gələn hər kəs sürət, maşınların enerjisi və insanın bu raketləri idarə edə bilməsinə heyran qalır. Düşünürəm ki, səs-küy emosiyaların bir hissəsidir, Formula1-in DNT-sinin bir hissəsidir. Hazırkı mühərriklər əvvəlkilərdən qat-qat səssizdir və buna öyrəşə bilərsiniz, amma heç səs yoxdursa … Ümumiyyətlə, məsələn Formula E gözlənildiyi qədər populyarlıq qazanmır”.
Xatırladaq ki, F1-də səs məsələsi 2014-cü ildə – turboera başlayarkən geniş müzakirələrə səbəb olmuşdu. O vaxt təqdim edilən yeni nəsil motorlar sələfləri ilə müqayisədə çox səssiz idilər. Son illərdə isə vəziyyət bu baxımdan xeyli düzəlib…