F-1.az xatırladır ki, avstraliyalı sürücü ilin sonunda Red Bull komandasından ayrılacaq.
Kristian Horner: “Daniel Yaponiyada əla sürdü. Yarışda çoxlu ötmə etdi. Geridən başlayıb 4-cü oldu. Ümid edirəm ki, daha bir podium, hətta, yarış qazanar. Son 4 yarışda özümüzü ön plana çıxartmalıyıq. Artıq cəza gözləməsək də, hər şey ola bilər”.