F-1.az xatırladır ki, Daniel Rikkardo sıralanma turunda 4-cü olduğu halda, Maks Ferstappen cəzasına görə yarışa 17-ci yerdən başlayacaq.
Kristian Horner: “Xüsusən də, Daniel üçün gözəl sıralanma turu oldu. Rəykköneni qabaqlaması gözəl nəticədir. Maks isə heyif ki, 3-cü sessiyada son cəhdində səhv etdi və məyus oldu. Onsuz da alacağı cəza ilə peletonun gerisinə düşəcəkdi, lakin burada gözəl nəticə qazanmaq istəyirdi.
COTA quruluşuna görə geridən başlayan sürücülərə ötmə imkanı verən trasdır. Bundan istifadə edərək, Maks ilə yüksəlməyə çalışacağıq. Rikkardonun da podiuma yüksəlmək şansı var”.