F-1.az xatırladır ki, Maks Ferstappen və Daniel Rikkardo yarışın əvvəlində fərqli səbəblərə görə mübarizəni dayandırıblar.
Avstraliyalı sürücü 4-ce yerdə gedərkən mühərrik probleminə görə, Ferstappen isə Həmilton ilə təmasdan sonra diferensialı zədələdiyi üçün mübarizəni dayandırıb.
Kristian Horner: “Daniel yarışın əvvəlində enerji yığma sistemi ilə bağlı problem yaşadı, elektrik sistemləri tamamilə getdi və dayanmalı oldu. Maks isə ilk dövrədə güclü idi və Lyuisə çatdı. Onu qabaqlasa da, kiçik təmas yaşadılar. Bolidə zərər verdiyindən yarış onun üçün başa çatdı. İki bolidimiz iki dövrə ərzində mübarizəni dayandırdı. Ferrari və Mercedes-lə mübarizə apara biləcəyimizi düşünəndə çox pis oluram. Toro Rosso komandasını isə təbrik edirəm”.