K.Horner cəzaya görə məyusdur

Red Bull komandasının rəhbəri Kristian Horner sürücüsü Ferstappenin aldığı cəzaya görə məyusdur.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Meksikada poul alsa da, Bottasın qəzasına görə çıxan sarı bayraqlarda sürətini azaltmadığı üçün startda 3 yer itirməklə cəzalandırılıb.

Kristian Horner: “Maks sıralanma turunda gözəl performans göstərdi. İlk sessiyada ən sürətli o idi. İkinci sessiyada da sürətli idi. Son sessiyada da poula əsas namizəd idi. Maksın sarı bayraqlara məhəl qoymadığı üçün poulu itirməsi məyusedicidir. Burada ötmə etmək çətin olduğu üçün yaxşı yer tutmaq vacib idi. Görək yarışda necə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*