F-1.az xatırladır ki, komanda 2021-ci ildə büdcə limitini keçdiyi üçün 7 milyon dollar və aerodinamik boruda 10% az işləməklə cəzalandırılıb.
Kristian Horner: “Yəqin ki, cəriməni 25 faiz üstələdiyimizi deyə bilərik. Təbii ki, bu artıq bizə təsir edir. Aerodinamik boruda daha az vaxt keçiririk, komanda bu vəziyyətə uyğunlaşmalıdır. Orada olduğumuz zaman diqqətimizi daha da cəmləməyə məcburuq.
Yaxşı, bu bizim üçün başqa bir meydan oxumadır. Təbii ki, bu ilin əvvəlində çətinliklərlə üzləşəcəyik, lakin komandamızda istedadlı insanlar var ki, onlar açıq-aydın bacardıqlarından maksimum yararlanmağa can atırlar”.