F-1.az xatırladır ki, Həmilton ABŞ Qran Prisində qalib gələrək Rosberqlə xal fərqini 26-ya endirmişdi. Lakin hər yarışda qalib gəlmək çempionluq üçün kifayət etməyə bilər. Əgər Meksikada Niko qalib gələrsə və Həmilton ilk onluğa düşə bilməsə, alman sürücü çempionluğunu erkən elan edə bilər.
Kristian Horner: “Rosberq çempionluğu itirəcək və ya itirməyəcək? Əgər qalan üç yarışın hamısında hətta ikinci olsa, çempion olur. Amma hər şey baş verə bilər. Rosberq yarışı bitirə bilməsə və Həmilton qalib gəlsə, xal fərqi minimuma enir. Lyuisin qalib gəlməkdən başqa şansı yoxdur. Üç yarışda da birinci olmalıdır. Lakin o, hamı kimi ancaq özünü idarə edə bilər, Rosberqin və maşınının necə olacağı ondan asılı deyil…”