K.Horner: Bridgestone-a qayıtmaq çətin olacaq

Bridgestone-un 2025-2027-ci illərdə Formula1-ə təkər tədarükü üçün keçirilən müsabiqədə iştirak məqsədilə ərizə təqdim etdiyini yazmışdıq.

F-1.az xatırladır ki, yapon təkər istehsalçısı bir neçə dəfə F1-dən gedib və geri qayıdıb. Sonuncu dəfə 1997-2010-cu illərdə təkər tədarük ediblər, həmin dövrün son üç ilində isə monopolist rolda olublar. Sonra isə çempionata Pirelli gəlib. Amma o vaxt şərait fərqli olub – komandalar aktiv şəkildə testlər üzərində işləyiblər. İndi sərbəst testlərə icazə yoxdur və vəziyyət çətinləşib.

Red Bull komandasının rəhbəri Şpilberqdə cümə günü baş tutan mətbuat konfransında bu məsələni şərh edib.

Kristian Horner: “Hər iki şirkətlə işləmişik, onlarla yarışlar və titullar qazanmışıq. Keyfiyyətli məhsul istehsal edirlər. İki belə şirkət böyük maraq göstərsə, Formula1-də vəziyyət daha da yaxşılaşar.

Hazırda Pirelli ilə heç bir problemimiz yoxdur, lakin eyni zamanda Bridgestone da keyfiyyətli istehsalçıdır. Yeganə çətin məqam odur ki, Bridgestone geri qayıtmazdan əvvəl təkərləri necə sınaqdan keçirəcək?

Komandalar kimin təkər tədarük edəcəyi və onları sınaq maşını ilə təmin edəcəyi ilə bağlı mübahisələrə girəcəklər? Kim sürəcək? Yeni təkərlər və onlarla təcrübə haqqında məlumatı kim alacaq? Bərabərliyi necə qorumaq olar? Bu suallar həmişə kəskin olub və bu halda əsas rol oynaya bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*