F-1.az xatırladır ki, Bottas 8 günlük testlərin yekununda Həmiltondan sürətli nəticə göstərmişdi. Amma Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda 3 qat Dünya Çempionu Həmiltonun daha sürətli olduğunu deyib.
Kristian Horner: “Məncə, Valtteri hazırda Mercedes üçün ən yaxşı seçimlərdən biridir. Əminəm ki, mövsüm ərzində rəqabətədavamlı olacaq və Lyuislə çempionluq uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, yarış iki sürücü arasında olmaz.
Öz sürücülərimizlə xoşbəxtik. Daniel və Maks əla işlər görürlər. İnanıram ki, daha da güclənəcəklər. Testlər istədiyimiz kimi getmədi. Amma Melburndakı yarışa hazır olacağıq”.