F-1.az xatırladır ki, bu ildən Formula1-in texniki reqlamenti dəyişib. Yeni maşınlar keçən həftə ilk dəfə Barselonada test edilib və komandalar əsasən etibarlılığa fokuslanıblar. Red Bull komandası testlər ərzində 358 dövrə vurub.
Kristian Horner: “Yeni reqlamentlə hər həftə güclənirik. Yeniliklərlə 1.5-2 saniyə sürətlənəcəyik. Bəzi traslarda keçənilki poul nəticələrini təkrarlayacağıq.
Testlərdə ötürmələr qutusunda problem yaşadıq, ancaq önəmli problem deyildi. Testlər bolidi anlamaq üçündür. İlk testlər yaxşı keçdi. Yeni təkərlər və altlıq barədə çox şey öyrəndik”.