F-1.az xatırladır ki, Red Bull mövsümün ilk yarışında iki maşınla mübarizəni dayandırsa da, sonradan sürətlənib və mövsümü hər iki cəbhədə çempion olaraq, qapadıb.
Kristian Horner: “Mövsümün əvvəlində Ferrari bizdən sürətli idi, amma aradakı fərqi bağladıq. Mühəndislər Kuboku bizim üçün 21 yarışdan ibarət oldu, çünki ilk yarışda iki bolidlə də mübarizəni dayandırdıq. Lakin mübarizəyə davam eləməli idik.
Mənim üçün ən önəmli həftəsonu İmola oldu. Orada həm sprinti, həm də əsas yarışı qazandıq və bu bizə mənəvi güc verdi. Daha sonra bolidin ağırlığını azaldaraq, sürətləndik”.