F-1.az xatırladır ki, Honda 2021-ci ilin sonunda idmandan gedəcək. Qeyd edək ki, Honda və Red Bull 2018-ci ildə tərəfdaşlığa başlayıb və Avstriya təmsilçisi bu müddətdə 5 qələbə və 19 podium qazanıb.
Kristian Horner: “Komanda olaraq Honda-nın idmandan ayrılma qərarını çətinliklə verdiklərini anlayırıq. Avtomobil dünyasında dövrün dəyişməsi bu qərarın alınmasına təsir etdi. Bu qərarın səbəbini anlayır və hörmət edirik. Onların bu qərarına görə biz çətinlik çəkəcəyik. Amma belə halla daha əvvəl də üzləşmişik və buna görə də bu vəziyyəti həll etməyə hazırırq.
Onlar Red Bull-un sahibi olduğu komandalarla 5 qələbə və 19 podium əldə ediblər. Buna görə qürur duyuruq. Gözəl işlərinə görə onlara təşəkkür edirik. 2020 və 2021-ci illərdəki planlarımızda dəyişiklik yoxdur. Qələbə uğrunda mübarizəyə davam edəcəyik.
Red Bull Formula1-in razılıq müqaviləsini imzaladığı üçün idmanda qalmalıdır. Yeni dövr üçün səbirsizlənirik. İndi isə daha rəqabətədavamlı güc qurğusu tapmalıyıq”.