F-1.az xəbər verir ki, ilk 5 yarışın hamısında qalib gələn komandaya uzun müddətdir başçılıq edən Horner bu uğurun bütün yarışlarda göstərilməsinin asan olmadığını düşünür.
Kristian Horner: “Bu, inanılmaz dərəcədə çətin bir işdir. Şəhər traslarında yarışlar olacaq, hava təsir edir, strategiyadan, etibarlılıqdan, şansdan çox şey asılıdır. Deməli, məncə, 23 qələbə ağlasığmazdır. Mövsümün ilk beş yarışında qalib gəldik və bu, bizim üçün ən yaxşı başlanğıcdır. Hər dəfə məhz növbəti yarışa köklənəcəyik və 23 qələbə haqqında düşünməyəcəyik.
Mövsümün Avropa hissəsi ərəfəsində ilk böyük yeniliklər gözlənilir. Deyirlər ki, Mercedes-in tam təzə maşını olacaq, Ferrari də nəsə hazırlayır. Mövsüm təzəcə başlayıb. Sadəcə danışsaq, reallıqdan uzaqlaşmaq çox asandır. Peloton yaxınlaşmağa davam edəcək”.
Xatırladaq ki, bir mövsümdə bütün yarışlarda F1 tarixi böyunca heç bir komanda qalib gələ bilməyib. Lakin 1988-ci ildə McLaren (16 yarışda 15 qələbə) və 2016-cı ildə Mercedes (21 yarışda 19 qələbə) buna çox yaxınlaşıblar. “Gümüşü oxlar” 7 il əvvəl bu uğuru əldə edə bilərdilər. Lakin İspaniyadakı yarışın startında ilk iki yerdə olan komandanın sürücülərinin bir-biri ilə toqquşması, Malayziyada isə lider gedən Lyuis Həmiltonun motorunun partlaması buna mane olub…