F-1.az xatırladır ki, bu il 6 sprint yarışı olacaq və bunlardan ilki Azərbaycanda keçiriləcək. Lakin əksər komandalarpaytaxtımıza yeniliklər gətirəcəkləri üçün yarışda diqqətli olmalıdırlar, çünki Bakı Şəhər Halqası qəzaya əlverişli trasdır.
Kristian Horner: “İlin ilk sprint yarışını Bakı kimi şəhər tipli tasda etmək gülməlidir. Məncə, azarkeşlər üçün ən həyəcanlı sprint yarışlarından biri olacaq.
Büdcə limitini nəzərə alsaq, bolidinizi zibil yeşiyinə atırsınız və bu da baha başa gəlir. Buna görə Bakıda bir yarış bəs edirdi. Orada iki yarış keçirilməsi vəziyyəti qəlizləşdirir.
Ancaq bu da mübarizənin bir hissəsidir. Ümid edirəm ki, sprint yarışlarının formatını yenidən nəzərdən keçirərlər. Azərbaycanda diqqətli olmalıyıq”.