F-1.az xatırladır ki, bu mövsün texniki reqlamentdə ciddi dəyişikliklər olacaq. Horner də bu dəyişikliklərdən istifadə edib, son 3 ildə hegemonluq edən Mercedes-i məğlub etmək istədiklərini deyib: “Yeni mövsümə çox böyük dəyişikliklərlə başlayacağıq və bu hamını həyəcanlandırır. Təkərlərin necə işləyəcəyi də hamıya maraqlıdır. Bu mövzuda yaxşı işləyən komandalar mövsümə yaxşı başlaya bilərlər. Təkərlərdən başqa aerodinamik dəyişikliklər də bolidlərin 4-5 saniyə sürətliənməsinə səbəb olacaq. Bu da azarkeşlərə həzz verəcək.
Pirelli idmana gəldikdən sonra çox inkişaf etdi və idmana verdikləri töhfəyə görə onlara təşəkkür etməliyik. Yeni mövsümdə Ferrari və Mercedes ilə çətin mübarizə gözləyirəm. Ümid edirəm ki, son yarışa qədər çempionluq uğrunda mübarizə apararıq”.