K.Horner: Aston Martin sürprizdir

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Aston Martin bu ilin ən böyük sürprizi olacaq.

F-1.az xatırladır ki, “yaşıllar” Bəhreyndəki cümə sərbəst yürüşlərində güclü performans göstəriblər. Fernando Alonso cümə gününü birinci yerdə bağlayıb.

Kristian Horner: “Bolidləri əla görünür. Keçən həftə testlərdə yaxşı görünürdülər. Fernando isə… nə yeyir bilmirəm, amma əla görünür. Od tutub yanır.

Bu il sürpriz edə bilərlər. Onlar hazırda qapalı qutudurlar. Bu da onların orta qrupdan daha yuxarıda olduqlarını göstərir. Ancaq hələ çox az şey görmüşük. Görək indidən sonra necə olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*