F-1.az xatırladır ki, Maks Ferstappen sonuncu Macarıstan yarışında problem yaşamış və mübarizəni dayandırmışdı.
Kristian Horner: “Maks üçün böyük şanssızlıqdır. Mühərrik problemidir. Bu, təəccüblü deyil. MGU-K problemi olduğunu düşünürük. Çox söz deməyəcəm. Amma bu mühərriklər üçün milyonlarla sterlinq ödəyirik, amma çox zəifdirlər. Bu, əsəbpozucudur. Danieli yarışda saxlaya bildik. Siril Abitebul bizdən üzr istəməlidir”.