F-1.az xatırladır ki, 2022-ci ilin təqvimində 24 yarış var və bunların 6-da sprint yarışı da olacaq.
Kristian Horner: “Bir ildə 24 yarış olacaq və bu maksimumdur. Bilirəm ki, Formula1-i çox ölkə qəbul etmək istəyir və azarkeşlər də daha çox yarış arzulayır. Lakin fiziki cəhətdən limitləri aşmaq olmaz.
Formula1 NASCAR kimi deyil. Bu bir qitədə deyil. Formula1 qlobaldır. Loqistika, səyahət xərcləri, vaxt fərqləri var. Mənim üçün maksimum yarış sayı 22-dir. Sprint yarışlarını da hesablasaq, 24 yarış həddən artıq çoxdur”.