F-1.az xatırladır ki, 2011-ci ilin Kanada yarışında Sebastyan Fettel lider gedərkən, yarışın sonlarında səhv etmiş və qələbəni əldən vermişdi. Həmin yarışı McLaren-dən Censon Batton qazanmışdı.
Maks Ferstappen də builki Kanada yarışında Karlos Saynsın təzyiqi altında yarışırdı. Buna baxmayaraq, niderlandlı sürücü yarışı qazanaraq, liderliyini daha da möhkəmləndirdi.
Kristian Horner: “11 il əvvəl nələr yaşandığını bilirik. O günü çox yaxşı xatırlayıram. Hələ də mənim qorxulu yuxumdur. Arxa düzlükdə və ya ilk sektorda təkərləri bloklamaq güclü ehtimaldır. Son dövrələrdə 11 il əvvəlki yarışı düşünürdüm və öz-özümə deyirdim ki, Maks sakit qalmalısan. Maks çox gözəl performans göstərdi”.