F-1.az xatırladır ki, Formula1-də son illərdə ölümcül qəzalar artıb və sürücülərin başını mühafizə etmək üçün iki fərqli konsept düzəldildi. Mercedes və Ferrari Halo sistemini, Red Bull isə AeroScreen sistemini təkmilləşdirdi. Halo Fİa-nın testlərindən keçdi, amma Aeroscreen uğursuz oldu və Red Bull sistemin inkişafını saxladı.
Emerson Fittipaldinin qardaşı oğlu Kristian Fittipaldi bu qərardan razıdır: “Mən Halonun tərəfdarıyam. AeroScreen sisteminə qaşıyam. Bu Formula1-də olmamalıdır. Bu, həyatımda gördüyüm ən qəribə və ən qorxunc sistemdir. Çox bərbad görünür. Formula1-lə heç bir əlaqəsi yoxdur, Halo Formula1-də olsa, fanlar 3 yarışdan sonra bunu unuda bilərlər. Amma AeroScreen belə deyil”.