F-1.az xatırladır ki, iki sürücü kartinq dövrlərindən mübarizə aparırlar. İndi isə onlar Formula1-də çempionluq uğrunda savaşırlar. Buna baxmayaraq, iki pilot arasında təmiz mübarizə gedir.
Karun Çandhok: “Səudiyyə Ərəbistanı yarışından sonra bu barədə danışdıq. Maks Leklerə qarşı başqa cür yarışır. O, əsas Lyuisə qarşı özünü isbatlamağa çalışırdı. Elə deyil? Lyuis kral idi və onu məğlub etmək lazım idi. Lyuis onu taxtdan endirməli idi.
İndi isə bir yerdə böyüdüyü Leklerə qarşı mübarizə aparır. Buna görə bir-birlərinə qarşı təmiz mübarizə aparırlar. İkisi də bir-birlərini uşaqlıq rəqibi kimi görürlər. Belə olan halda mübarizə vaxtı daha çox yer qoyurlar.
Mübarizənin təmiz olma səbəbi hər iki sürücünün böyüməsi, birinin Dünya Çempionu titulunu qazanmasıdır”.