K.Çandhok: Binotto axmaq səhvlərə qarşı çox tolerant oldu

Sabiq Formula1 sürücüsü Karun Çandok düşünür ki, Mattia Binotto səhvlərə çox dözüb.

F-1.az xatırladır ki, Binotto dünən rəsmi olaraq istefa verərək, Ferrari-dən ayrılıb.

Ferrari bu il 22 yarışdan 12-də poul alsa da, cəmi 4 yarış qazana bilib. Bolid mövsümün əvvəlində güclü olsa da, etibarsızlıq, strategiya problemləri “qırmızılar”ı geriyə salıb. Belə olan halda Ferrari hər iki cəbhədə də ikinci yerə razı olub.

Karun Çandok: “Özlərinə qarşı dürüst olmalıdırlar. Ron Dennis, Frenk Vilyams, Jan Todt, Ross Braun kimi idmanın böyük rəhbərləri axmaqlıqlara qarşı tolerant olmazdılar. Heç kim builki qədər strateji səhvə göz yummazdı.

Xüsusən də Braziliyadakı lap fiasko idi, çünki tras yaşdırsa, yağış təkərlərini, qurudursa, quru təkərlərini taxmalısınız.

Ferrari mövsümə yaxşı başladı. Bolidi yaxşı təkmilləşdirdilər. Bolidləri hələ də sürətli və rəqabətədavamlıdır. Buna görə də yaxşı işlədilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*